Qarabağ üzrə üçtərəfli İşçi Qrupun görüşü keçirildi

qarabag-uzre-ucterefli-isci-qrupun-gorusu-kecirildi
Oxunma sayı: 2517

Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun görüşü baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat yayılıb. Bildirilir ki, görüş zamanı tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiya əlaqələrinin bərpası perspektivlərini müzakirə ediblər: 

“Oktyabrın 20-də Moskvada tərəflər üçtərəfli İşçi Qrupun səkkizinci iclasının birinci hissəsini keçirdilər. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirildi və Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin bu ilin yanvarın 11-də qəbul etdikləri birgə bəyanat çərçivəsində bu sahədə görülən işlərin gedişatı müzakirə olundu”.

Həmçinin oxuyun: “Bu gün bizim mövqeyimiz bir daha Moskvada səslənəcək” - Prezident