“Qarabağ” “Zirə”yə qarşı

qarabag-zireye-qarsi
Oxunma sayı: 667

Son illərin dəyişməz çempionu “Qarabağ” 2021-ci ildə ilk oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu “Zirə” ilə yoxlama matçında qüvvəsini sınayacaq.Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma 16:00-da başlayacaq.

“Qarabağ”dan fərqli olaraq, bakılılar qış fasiləsində ikinci oyununu keçirir. “Zirə” ilk yoxlama matçında “Sumqayıt”a 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın turnir cədvəlində 23 xalla 2-ci, “Zirə” isə 20 xalla 3-cüdür.

Yoxlama oyunu

14 yanvar

16:00. "Qarabağ" - "Zirə"
Tofiq Bəhramov adına Respublika stadionu