“Qarabağ”a keçidiyi üçün futbolçudan təzminat tələb edilir

qarabaga-kecidiyi-ucun-futbolcudan-tezminat-teleb-edilir
Oxunma sayı: 641

“Sadəcə, UEFA-nın oyunçuların statusu ilə bağlı qaydasına əsasən, hər hansı klubun yetirməsi olan futbolçu 23 yaşına qədər başqa komandaya keçərsə, buna görə təzminat ödəməlidir. Bu qaydanın müqaviləyə dəxli yoxdur. Yəni, futbolçunun müqaviləsi ola da bilər, bitə də bilər. Bunun heç bir fərqi yoxdur. Oyunçu müəyyən olunmuş yaş dövrünə qədər həmin kluba kompensasiya ödəməlidir. Özünüz fikirləşin, klub rəhbərliyi həmin oyunçunun yetişməsi üçün milyonlar xərcləyir. İndi onun aldığı maaşın cüzi bir hissəsini tələb etməklə, çox şey istəmir ki”.

Y.Seyidov bu məsələdən həm Bəxtiyar Soltanovun, həm də “Qarabağ” rəhbərliyinin xəbərdar olduğunu söyləyib: “Soltanov da, “Qarabağ” rəhbərliyi də bunu çox gözəl bilir. Ümumiyyətlə, bütün peşəkar komandalar UEFA-nın bu qaydasından xəbərdardılar. Ancaq yenə deyirəm, bizim Bəxtiyar Soltanovla heç bir problemimiz yoxdur. İstədiyi klubda çıxış edə bilər. Sadəcə, bayaq dediyim tələb yerinə yetirilmək şərtilə”.

Lakin Y.Seyidov tələb olunan kompensasiyanın məğləğini açıqlamayıb.

Bununla belə, təzminatın 100 min manatdan az olmadığı dəqiqdir.