Qarabağda daha iki erməni əsgər öldü

qarabagda-daha-iki-ermeni-esger-oldu
Oxunma sayı: 1186

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi hissələrdə iki erməni əsgər ölüb.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, 2000-ci il təvəllüdlü əsgər Tiqran Manveloviç Manvelyan fevralın 12-də, saat 11:30 radələrində qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.

Başqa bir hərbi hissədə isə saat 13:00 radələrində 2000-ci il təvəllüdlü Tiqran Usikoviç Mikoyan adlı əsgər naməlum şəraitdə aldığı güllə yarasından ölüb.