Qarabağda erməni əsgər intihar etdi - Yenilənib

qarabagda-ermeni-esger-intihar-etdi
Oxunma sayı: 2404

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində erməni əsgər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” yayıb. Bildirilir ki, 19 yaşlı erməni əsgər Sarkis Qriqoryan Qarabağın şimalında hərbi hissələrin birində güllə yarası alıb. O, aldığı yaradan dünyasını dəyişib.

Məlumata əsasən, insident iyulun 26-sı saat 22:26 radələrində qeyri-müəyyən şəraitdə baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ermənistan hələ də Qarabağdakı qanunsuz hərbi birləşmələri ərazidən tam çıxarmayıb.

***

Ölkənin İstintaq Komitəsinin məlumatına görə, 2002-ci il təvəllüdlü Sarkis Qriqoryan dünən saat 22:00-da özünə qəsd edib.

Əsgər döş qəfəsinin sol hissəsindən güllə yarası alıb. Hazırda ölümün şərtlərinin araşdırılması istiqamətində işlər davam edir.