“Qarabağ”dan ayrıldı, Norveç klubuna keçdi - Rəsmi-Yenilənib

qarabagdan-ayrildi-norvec-klubuna-kecdi
Oxunma sayı: 2094

“Qarabağ”ın futbolçusu Kris Kuaku (Chris Kouakou) Ağdam klubunu tərk edib.

“Qafqazinfo” Qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub. O, karyerasını Norveçin yüksək liqa təmsilçisi “Sarsborq 08” komandasında davam etdirəcək.

Kuaku artıq tibbi müayinədən keçib və tezliklə yeni klubu ilə müqavilə bağlayacaq.

Kris Kuaku “Qarabağ”a ötən yay transfer olunmuşdu.

***

“Qarabağ” klubu afrikalı futbolçusu Kris Kuaku ilə yollarını ayırıb.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin Norveçin “Sarpsborq 04” klubuna keçidi ilə bağlı razlıq əldə olunub.

Fildişi Sahilindən olan oyunçu artıq tibbi müayinədən keçib və rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu.