“Qarabağ”dan Lunyova təklif

qarabagdan-lunyova-teklif
Oxunma sayı: 5368

Qarabağ” rusiyalı qapıçı Andrey Lunyova yeni müqavilə təklif edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu 32 yaşlı qapıçının meneceri Anton Smirnov “RB Sport”a açıqlamasında deyib.

O bildirib ki, sözləşmə müddətinin uzadılması təklifi “Qarabağ”dan gəlib: “Şərtlər müzakirə olunur. A.Lunyov hələki cavab verməyib.

Qeyd edək ki, Andrey Lunyov bu mövsüm "Qarabağ"ın heyətində 22 oyun keçirib. Onun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.