“Qarabağı cənnətə çevirəcəyik” - Video

qarabagi-cennete-cevireceyik
Oxunma sayı: 5419

“Bir qarabağlı olaraq çox sevinirəm ki, insanlarımız artıq Böyük Qayıdışa hazırlaşırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti Aygün Bayramova deyib. 

Xalq artisti insanların Qarabağa köçməsini yüksək qiymətləndirib:

“İnsanlarımız Laçına və kəndlərinə, Füzuli şəhərinə, Zəngilana köç edirlər və çox xoşbəxtdirlər. Mən də istərdim ki, doğulduğum Ağdamda fəaliyyətimi davam etdirim”.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İlk növbədə müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. 

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. 

Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Aygün Bayramovanın iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik: