“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

qarabagin-oyununa-ne-qeder-bilet-satilib
Oxunma sayı: 2186

UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada keçiriləcək "Aberdin" - "Qarabağ" cavab oyununa böyük maraq var.

"Qafqazinfo" Şotlandiya klubunun saytına istinadən xəbər verir ki, "Pittodri" stadionunda oynanılacaq matç üçün 10 mindən çox bilet satılıb.

Satışa isə ümumilikdə 18 min bilet çıxarılıb.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.