“Qarabağ”ın transfer etmək istədiyi futbolçu problemlə üz-üzə

qarabagin-transfer-etmek-istediyi-futbolcu-problemle-uz-uze
Oxunma sayı: 1393

“Qarabağ”ın transfer etmək istədiyi qanalı futbolçu Kvabena Ovusu problemlə üzləşib. “Qafqazinfo” xarici mətbuata istinadən bildirir ki, son çıxış etdiyi “Kordoba” klubu futbolçuya sanksiyalar tətbiq etmək niyyətindədir. 

Bazar günü “Villarubia”aya qarşı oyundan sonra qanalı futbolçu Madridə yollanıb və komandanın səhər məşqinə qatılmayıb. İddia edilir ki, “Qarabağ”ın təklif etdiyi bir çanta pul Ovusunu yoldan çıxarıb.

Bundan başqa, Kvabenanın müqavilə ilə məxsus olduğu “Leqanes” də onu buraxmaq niyyətində deyil. Buna səbəb kimi, klub rəhbərliyinin onu əvəzləyə biləcək futbolçunu tapa bilməməsi göstərilir.

Kvabena karyerası ərzində keçirdiyi 103 qarşılaşmada 25 qol vurub. 22 yaşlı oyunçu 3 dəfə Qana millisinin formasını geyinib. İspaniyanın “Toledo”, “Kartagena”, “Salamanka”, “Leganes” və “Kordoba” klublarında çıxış edib.