Qaradağda ağacəkmə aksiyası keçirilib - Fotolar

qaradagda-agacekme-aksiyasi-kecirilib
Oxunma sayı: 1349

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində, o cümlədən Qaradağ rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. 

“Qafqazinfo” xəbər verir ki, Qaradağ rayonunda da rayon İcra Hakimiyyəti başçısının imzaladığı Tədbirlər Planına əsasən bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi davam edir. 

Belə ki, 17 noyabr 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası çərçivəsində Qaradağ rayonunun müxtəlif ünvanlarında 700-dək həmişəyaşıl ağac əkilib.
Qeyd edək ki, bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirilir.