Qaradağda Anım Günü qeyd edildi - Fotolar

qaradagda-anim-gunu-qeyd-edildi
Oxunma sayı: 854

Qaradağ rayonunda 27- sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, YAP Qaradağ Rayon Təşkilatının sədri və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları önünə əklil və çələnglər qoydular. Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Daha sonra Dövlət himni ifa olunub.

“Anım Günü”nə həsr olunmuş tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qeyd edib ki, ötən il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatdığını, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu, bu, sənədin həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb.

Vətəni canından əziz tutanlar heç vaxt unudulmayacaq. “Anım Günü”nə həsr olunmuş Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək bildirib ki, bir il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı Vətən müharibəsi, 44 gündən sonra Zəfərlə başa çatdı.

Daha sonra Şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlunun anası Leyla Musayeva çıxış edərək deyib ki, övladı Musaoğlu Ataməli də iştirak edib, igidlik, şücaət nümayiş etdirərək şəhidlik zirvəsinə ucalıb. Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi iştirakçılarına, o cümlədən Şəhid Ataməlinin də xidmətlərinə yüksək qiymət verdiyini bildirib. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Uğrunda”, “Suqovuşanın azad olunması” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunub.

Tədbirdə Vətən müharibəsi qazisi Qədir Qədirov da fikirlərini bildirib: “Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son qoyuldu. Ordumuz işğal altındakı torpaqları düşməndən azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur Döyüşçü” və “Suqovuşanın” azad olunması uğrunda medallarlı ilə təltif olunmuşam”.