Qaradağda da ağacəkmə kampaniyası keçirilib

qaradagda-da-agacekme-kampaniyasi-kecirilib
Oxunma sayı: 1121

Dekabrın 6-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Qaradağ rayonunda da böyük fəallıqla ağacəkmə kampaniyası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Qaradağ rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, qəsəbə sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 2500 nəfərədək adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə kompaniyasında 20 mindən çox müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib, ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, minlərlə ağaclar budanıb, dibləri yumşaldılıb. Qeyd olunan yaşıllıq zolağı ərazisində səhnə quraşdırılıb, incəsənət ustalarının ifasında Nəsiminin qəzəllərindən ibarət musiqilər, muğamlar səsləndirilib, şairin həyat və yaradıcılığından bəhs edən səhnələr ifa olunub. Mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.