Qaradağda şəhid ailələri ziyarət edildi - Fotolar

qaradagda-sehid-aileleri-ziyaret-edildi
Oxunma sayı: 1008

Qaradağ rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və müharibə iştirakçılarına daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.

“Qafqazinfo” xəbər verir ki,  “27 sentyabr - Anım Günü” ilə bağlı silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına əsasən, İcra başçısı və müavinləri tərəfindən qəsəbələrdə görüşlər keçirilir.

Bu məqsədlə rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrini ziyarət edir və sosial qayğıları ilə maraqlanır. Rayon icra hakimiyyəti başçısı bu dəfə də Vətən müharibəsi şəhidləri Eyvazlı Məzdək Əli oğlunun, İbadov Rafiq Baloğlan oğlunun, Quliyev Fərid Vahid oğlunun, Əhmədov Cavanşir Xeyrulla oğlunun, Abdullayev Balazadə Rafət oğlunun və  Surxayev Yunis Rafiq oğlunun ailələri ilə görüş keçirib.

Görüş zamanı şəhidlərin əziz xatirəsi yad edilib, sonra keçdikləri döyüş yolundan, xatirələrindən söhbət açılıb. Səmimi keçən söhbət zamanı şəhid ailələrini narahat edən problemlər qeyd olunub və yaxın gələcəkdə həllini tapması üçün müvafiq işlər görüləcəyi bildirilib.