Qaradağda tənha yaşlılara yardım edildi

Qaradağda tənha yaşlılara yardım edildi
Oxunma sayı: 1059

Qaradağ rayonunda sakinlər xüsusi karantin rejiminə tabe olub, evdən çıxmırlar.

"Qafqazinfo" xəbər verir ki, yaşı 65-dən çox olan və tənha yaşayan sakinlər Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş xüsusi mobil qrupların üzvləri tərəfindən evlərində ziyarət edilir və onlara ərzaq və dərman yardımı ilə köməklik edirlər.

Qeyd edək ki, dezinfeksiya işləri də gündəlik olaraq rayonunun bütün qəsəbələrinin ərazisində də davam etdirilir. Dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib.

Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi