“Qardaşım atamızın ölüm tarixini yuxusunda görmüşdü” - Video

qardasim-atamizin-olum-tarixini-yuxusunda-gormusdu
Oxunma sayı: 3438

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov atasının vəfatından danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, “O üz” proqramında deyib ki, qardaşı B. Əşrəfovun vəfat edəcəyini yuxusunda görübmüş:

“Qardaşımın yuxusuna girmişdi ki, nənəmlə babam atamın ardınca gəlib. Qardaşım da deyib ki, qoy sağalsın, 12 gündən sonra gələrsiniz. Həmin gün də ayın 26-sına düşürdü. Həmin gün qardaşım həyəcanlı idi. Bunu evdə anama danışmışdı, mən sonradan bildim. Saat 10-a, 11-ə qədər rahat olub ki, bu gün keçdi. Amma atam saat 12-ni keçməmiş vəfat etdi”. 

Qeyd edək ki, B. Əşrəfov ötən ilin aprelində koronavirus infeksiyasından dünyasını dəyişib.