Qaxda 34 yaşlı piyadanı maşın vurdu

qaxda-34-yasli-piyadani-masin-vurdu
Oxunma sayı: 1742

Qaxda piyadanı maşın vurub.

"Qafqazinfo "xəbər verir ki , hadisə axşam saatlarında rayonun Qaxbaş kəndi ərazisində baş verib.

Qaxingiloy kənd sakini, 1985-ci il təvəllüdlü Rastyaşvili Valeri Dursikoyeviç minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Rastyaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.