Qaxda “BMW” qəza törətdi, yaralı var - Fotolar

qaxda-bmw-qeza-toretdi-yarali-var
Oxunma sayı: 3380

Qaxda baş verən qəzada Sumqayıt sakini xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə Qax şəhər H.Əliyev prospektində hərəkətdə olan "BMV"markalı avtomobil idarəetmədən cıxaraq yol kənarındakı həyətin qapısına dəyib. Hadisə nəticəsində sürücü xəsarət almasa da, onun sərnişini – 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Kərimov Nicat Rəsul oğlu xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov