Qaxda 9-cu sinif şagirdi tir tüfəngi ilə özünü güllələyib.
“Qafqazinfo” “Bizim.media”ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Əmbərçay kəndində baş verib.
Kənd sakini V.Elnur oğlu baş nahiyəsindən xəsarət alıb. Yaralı təcili əməliyyat olunmaq üçün Bakıya aparılıb.
Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB hadisə ilə bağlı məlumat yayıb.
“17.11.2025-ci il tarixində saat 19:00 radələrində 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, alın nahiyəsinin deşilmiş yarası diaqnozu təyin edilən şəxsə ilkin tibbi xidmət göstərilib, daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub”, - məlumatda qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər