Qaydaları pozan 25 sürücü barəsində protokol tərtib olundu

qaydalari-pozan-25-surucu-baresinde-protokol-tertib-olundu
Oxunma sayı: 2103

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-dən "Qafqazinfo" ya verilən məlumata görə, hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən, eləcə də digər kobud qayda pozuntularına yol verən sürücülər müəyyən edilib.

Onların hər birinə törətdikləri qayda pozuntusu barədə məlumat verilib və ümumilikdə 25 nəqliyyat vasitəsinin sahibi barəsində inzibati protokol tərtib olunub.