Qayınatasının həyətində atəş açdı, saxlanıldı

qayinatasinin-heyetinde-ates-acdi-saxlanildi
Oxunma sayı: 1332

Yanvarın 17-də Göyçayın Çaxırlı kəndindəki evlərin birinin həyətində ev sahibinin kürəkəni xuliqanlıq zəminində tüfəngdən havaya 2 dəfə atəş açıb.

DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, bu barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Şıxalıyev saxlanılıb, ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.