Qaz sızmasından partlayış oldu, yaralanan var

qaz-sizmasindan-partlayis-oldu-yaralanan-var
Oxunma sayı: 2109

Göygöldə yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Yeni Zod kəndində baş verib. Yaşayış evində baş verən partlayış nəticəsində ev sahibi, 1966-cı təvəllüdlü Hacıyev Fuad Sultan oğlu yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göygöl Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yaranan alov tez bir zamanda söndürülüb. Yanğınla nəticələnən partlayışın qaz sızmasından baş verdiyi bildirilir. 

İnsidentlə bağlı araşdırma aparılır. 

Elmar Əli