“Qazaxıstan sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır”

qazaxistan-sulh-muqavilesinin-tezlikle-imzalanmasinda-maraqlidir
Oxunma sayı: 2319

“Qazaxıstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tez bir zamanda imzalanmasında maraqlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Armenpress”ə müsahibəsində deyib.

“İrəvanla Bakı arasında dayanıqlı və uzunmüddətli sülhün bərqərar olması bizim ölkəmizin maraqlarına cavab verir. Qazaxıstan regionumuzun dinc və sabit inkişafına yönələn istənilən səyləri dəstəkləməyə hazırdır”, - deyə Tokayev qeyd edib. 

Xatırladaq ki, Tokayev aprelin 15-i Ermənistana rəsmi səfər edəcək.