“Qəbələ” – “Turan Tovuz” matçı yarımçıq dayandırıldı - Dumana görə

qebele-turan-tovuz-matci-yarimciq-dayandirildi
Oxunma sayı: 656

Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” matçı təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma 23-cü dəqiqədən etibarən dayandırılıb. 

Buna səbəb matçın keçirildiyi Qəbələ şəhərində qatı duman olmasıdır. 

Qarşılaşmanın baş hakimi Tural Qurbanov komandaları soyunub-geyinmə otağına yollayıb.