Qəbələ-Moskva aviareysi açılıb - Video

qebele-moskva-aviareysi-acilib
Oxunma sayı: 2536

2022-ci ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib.

“Nordwind” aviaşirkəti 189 sərnişin oturacağı olan “Boeing 737-800” təyyarəsində Moskvanın Şeremetyevo hava limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.