Qəbələdə dağlıq ərazidə 1 nəfər itkin düşüb

qebelede-dagliq-erazide-1-nefer-itkin-dusub
Oxunma sayı: 1839

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə 1 nəfər itkin düşüb.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə noyabrın 30-u Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.