Qələbəyə aparan məğlubiyyət... - Video

qelebeye-aparan-meglubiyyet
Oxunma sayı: 2067

Məlum olduğu kimi, “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu üzərində tarixi qələbə qazanıb.

Ağdam təmsilçisinə ümumi hesabda qələbə qazandıran qolun müəllifi 120+2-ci dəqiqədə gənc futbolçu Nəriman Axundzadə olub.

Rəqib meydançasında keçirilən ilk matçda Nəriman qola yaxın olsa da, əlinə düşən fürsətdən lazımınca yararlana bilməmişdi. Qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında çıxış edən Qurban Qurbanov gənc hücumçusunu müdafiə etmiş, onun öz üzərində işləyəcəyini, indi daha çox böyüyəcəyini demişdi.

Dünənki oyunda N. Axundzadənin nümayiş etdirdiyi qətiyyət baş məşqçinin nə qədər haqlı olduğunu bir daha sübut edir.

“Qafqazinfo” “CBC Sport”un hər iki qarşılaşmanın tarixi anlarından hazırladığı görüntüləri təqdim edir: