Qennadi Qatilov və Araz Əzimov arasında görüş olub

qennadi-qatilov-ve-araz-ezimov-arasinda-gorus-olub
Oxunma sayı: 643

“Qafqazinfo”nun Rusiya XİN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın BMT TŞ-na 2012-2013 –cü illər üzrə qeyri-daimi üzv seçilməsi nəzərə alınaraq şuranın gündəliyində duran dünyada təhlükəsizliyin və sabitliyin gücləndirilməsi və ilk növbədə Yaxın Şərq və Şimali Afrikada kəskin regional münaqişələrin nizama salınmasına aid məsələlər müzakirə edilib. Tərəflər, həmçinin Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini nəzərə alaraq BMT Təhlükəsizlik Şurası çərçivəsində konstruktiv əməkdaşlığın vacibliyini vurğulayıblar.
Səidə