“Qərb Gürcüstanda sabitliyi pozmaq üçün əlindən gələni edir”

qerb-gurcustanda-sabitliyi-pozmaq-ucun-elinden-geleni-edir
Oxunma sayı: 1800

"Qərb Gürcüstanda sabitliyi pozmaq üçün əlindən gələni edir".

“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a açıqlamasında gürcü politoloq, professor Badri Naçkebiya deyib.

Onun sözlərinə görə, bu prosesə QHT-lər, digər ölkələrin nümayəndələri və fərqli institutlar cəlb edilib: "Onların əli ilə çevrilişə cəhd göstərirlər. Təbii ki, bu da dövlətimizi ciddi təhlükə altına atır. Çox təəccüblüdür ki, bu cür işlər üçün maliyyə axını elə bizə tərəfdaş olan ölkələrdən gəlir. Bu isə bizdə həm təəssüf, həm də təlaş hissi doğurur. Çünki Gürcüstanın suverenlik maraqları başqa ölkələrin diqtəsi ilə hərəkət etmək yox, öz ölkəsinə və əhalisinə qayğı göstərməkdir".

B.Naçkebiya Gürcüstan ictimaiyyətinin bu məsələyə həssas yanaşacağına əmindir: "Bütün bu təhlükələrdən yayınmaq üçün də Gürcüstan xüsusi xidmət orqanları öz işlərini görürlər".