“Qərb Ukraynaya uzaqmənzilli raketlər verərsə...” - Putindən hədə

qerb-ukraynaya-uzaqmenzilli-raketler-vererse
Oxunma sayı: 5031

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Kiyevə əlavə silahlar vermək qərarını şərh edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu qərarı “hay-küy” adlandıran Putin deyib: 

“Ümumiyyətlə, əlavə silah tədarükü ilə bağlı bütün bu hay-küy, fikrimcə, yalnız bir məqsəd daşıyır - silahlı münaqişəni mümkün qədər uzağa çəkmək. Qərb Ukraynanı uzaqmənzilli raketlərlə təmin edərsə, Rusiya müvafiq nəticələr çıxaracaq. Hələ vurmadığımız obyektlərə zərbələr endirmək üçün əlimizdə kifayət qədər olan məhvedici vasitələrdən istifadə edəcəyik”.