Qətl törədilən film çəkilişində növbəti bədbəxt hadisə

qetl-toredilen-film-cekilisinde-novbeti-bedbext-hadise
Oxunma sayı: 3574

“Rust” filminin çəkilişlərində daha bir bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu dəfə quruluşçu operator Ceyson Milleri zəhərli qəhvəyi hörümcək dişləyib.

Bir neçə gün sonra onda sepsis və nekroz başlayıb. Hazırda quruluşçu operator xəstəxanadadır. Miller artıq bir neçə dəfə əməliyyat olunub. 

Xatırladaq ki, oktyabrın 22-də sözügedən filmin çəkilişlərində aktyor və prodüser Alek Bolduinin butafor revolverdən açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins ölüb, rejissor Coel Souza yüngül xəsarət alıb.

Həmçinin oxuyun: Bolduin məsuliyyətə cəlb oluna bilər