Qeyri-rəsmi işləyənlərə yardım ediləcək?

qeyri-resmi-isleyenlere-yardim-edilecek
Oxunma sayı: 3905

“Hər dəfə vurğulamışıq ki, dövlət gələcəkdə qeyri-formal şəkildə çalışan şəxslərin müdafiəsini təmin edə bilməyəcək. Bax, bu, həmin o məqamdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev İctimai TV-də günəmuzd və ya müqaviləsiz işləyən şəxslərlə bağlı nazirlik tərəfindən həyata keçiriləcək tədbirlər planından danışarkən deyib. Bildirib ki, mütəmadi olaraq ölkədə qeyri-formal məşğulluqla bağlı işlər görülsə də, hələ də bu məsələ tam həll olunmayıb:

“Əfsuslar olsun ki, bu sahədə əlavə tədbirlərin görülməsinə yenə ehtiyac var. Bax bu gün sözügedən səbəblərdən hökumət çox çətin qərarlar verməlidir. Qeyri-formal fəaliyyət göstərilən iş yerlərində ixtisarlar olunur, ancaq uçotu olmadığından biz ünvanlığı təmin edə bilmirik. Nazirlikdə çox ciddi müzakirələr gedir ki, necə edək, sosial müdafiə tədbirlərini həmin şəxslərə də ünvanlayaq. Hər dəfə vurğulamışıq ki, dövlət gələcəkdə qeyri-rəsmi şəkildə çalışan şəxslərin müdafiəsini təmin edə bilmir. Həmin şəxslərlə bağlı addım atmaq istəyirik. Ancaq sosial müdafiə ünvanlığı sevir və biz əlimizdə olan bütün vəsaiti istifadə etsək, gələcək dövrdə hazırlıqsız olacağıq”.

Nazir müavini onu da qeyd edib ki, hazırda iki istiqamətdə tədbirlər həyata keçirilir:

“Birinci istiqamət dövlət sektorunda çalışan işçilərin sosial müdafiəsinin təmin olunması ilə bağlıdır. Bu qəbildən dövlət 9 mindən artıq evdə qalan işçilərin ödənişli formada saxlanılmasına qərar verib. İkinci istiqamət isə özəl sektorda çalışanlarla bağlıdır. Burada da təqribən 660 minə yaxın muzdlu işçi var. Əməkdaşların işdən azad edilməməsi ilə bağlı sahibkarlıq subyektlərinə çağırış olunub. Sevindirici hal ondan ibarətdir ki, mart ayında əmək müqavilələri ilə bağlı baxanda görürük ki, bildirişlərin sayında azalma yoxdur. Düzdür, bəzi sahələrdə: ictimai-iaişə, nəqliyyatla bağlı azalmalar var. Ancaq ümumi mənzərə qənaətbəxşdir”.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov da mövzu ilə bağlı bildirib ki, sosial dəstək proqramları çərçivəsində heç kim kənarda qalmayacaq: “Bu dəqiqə də işçi qrupları öz işini davam etdirir. Bütün məsələlər təhlil olunur. Hissə-hissə təkliflər hazırlanıb və onun qanunvericilik əsası formalaşdırılır. Həmin şəxslər təbiiki, nəzərə alıncaq.