Qəzzada ölənlərin ümumi sayı açıqlandı

qezzada-olenlerin-umumi-sayi-aciqlandi
Oxunma sayı: 1740

İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin ümumi sayı 44 min 786-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saatda 28 nəfər ölüb, 54 nəfər isə yaralanıb. Yaralıların ümumi sayı isə 106 min 188-ə çatıb.