“Ankaraya hələ Qəzza zolağında qoşun yerləşdirmək və beynəlxalq koalisiya qüvvələrində iştirak etmək barədə rəsmi təklif gəlməyib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan, eyni zamanda Türkiyənin sülh yaratma təşəbbüslərində iştirak etməyə hazır olduğunu, lakin hazırda bununla bağlı qərarların hələ razılaşdırılmadığını vurğulayıb:
“İsrailin öz öhdəliklərini yerinə yetirməsi, atəşkəsə tam əməl etməsi və Qəzza sakinlərinə normal həyata qayıtmağa imkan verməsi olduqca vacibdir. Bölgə sakinlərinin mənzil və əsas ilkin ehtiyaclarının təmin edilməsi məsələlərini dərhal həll etmək lazımdır”.
Xatırladaq ki, bundan öncə Misirin Şarm əl-Şeyx şəhərində Qəzza ilə bağlı imzalanan sülh sazişindən sonra beynəlxalq qüvvələrin bölgəyə göndəriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər