Qırğızıstan Prezidenti Boronovun istefasını qəbul etdi

qirgizistan-prezidenti-boronovun-istefasini-qebul-etdi
Oxunma sayı: 2203

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş Nazir Kubatbek Boronovu istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat xidməti açıqlama yayıb.

Boronovun yeni hökumət qurulana qədər vəzifələrini yerinə yetirməyə davam edəcəyi qeyd edilib.

“Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov sərəncamına görə Qırğızıstan Respublikasının Baş Naziri Kubatbek Boronovun istefası qəbul edilib”,- deyə Prezidentin Mətbuat xidmətinin açıqlamasında bildirilib.