Qırğızıstan Təhlükəsizlik Şurasının katibi istefaya göndərildi

qirgizistan-tehlukesizlik-surasinin-katibi-istefaya-gonderildi
Oxunma sayı: 833

Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Baktıbek Bekbolotov istefaya göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Prezidenti Sadır Japarovun Mətbuat xidməti yayıb.

Həmin posta Rustam Mamasadıkov təyin edilib. O bu təyinata qədər ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini olub.

Fotoda: Rustam Mamasadıkov