Qızı 5 nəfəri öldürən biznesmen - “1,5 milyon dollar ödəməyə hazıram” + Fotolar

qizi-5-neferi-olduren-biznesmen
Oxunma sayı: 7195

Xəbər verdiyimiz kimi, 18 oktyabrda Ukraynanın Xarkov şəhərində 20 yaşlı Yelena Zayçevanın törətdiyi avtomobil qəzası nəticəsində 5 nəfər ölüb və daha 6 piyada yaralanıb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Yelenanın biznesmen atası Vasili Zayçev ölənlərin və yaralananların ailələri ilə görüşüb, onların qarşısında diz çökərək qızını bağışlamalarını istəyib.

61 yaşlı iş adamı bildirib ki, zərər çəkənlərin ailələrinə ümumilikdə 1,5 milyon dollar yardım etməyə hazırdır:

“İnsanların ölümünə səbəb olan bu qəzaya görə mən və həyat yoldaşım çox kədərliyik. Üzüntümüzü sözlərlə ifadə edə bilmərik. Qızımızı bağışlamaları üçün zərər çəkənlərin ailələrinə yalvarırıq. Onlara bütün maddi dəstəyi göstərəcəyimizi bildiririk”.

V.Zayçev qəzaya görə sadəcə qızının məsuliyyət daşımadığını da deyib:

“Başqa bir avtomobil qızımın maşınını vurduğu üçün qəza bu qədər şiddətli olub. Məhkəmənin qəzaya görə iki nəfərin məsuliyyət daşıdığını nəzərə alacağına və buna uyğun cəza müəyyələndirəcəyinə ümid edirik. Ədalətli qərara hörmət göstərəcəyik”.

Qeyd edək ki, tibbi yoxlanış zamanı Yelena Zayçevanın qanında opiat aşkarlanıb. Narkotik maddənin təsiri altında qəza törədən biznesmen qızının 10 il azadlıqdan məhrum ediləcəyi bildirilir.