“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, gözləri eşqdən parıldayan əməkdar artist çox xoşbəxt olduğunu, onu bu addımında qızlarının da dəstəklədiyini bildirib.
“100 dəfə xoşbəxtəm. Hər bir qadının səbəbkarı olmadısa, onda nə qadın oldu? Mən sevməliyəm, qadın sevməlidir. Əgər sevməsə, gülməz, yaşamaz, özünə baxa bilməz. İnsanı yaşadan, gözəlləşdirən, ruh verən sevgidir.
Mənim gözəl balalarım var. Hər zaman onlarla fəxr edirəm. Onlara baxanda nə başım aşağı, nə də gözüm kölgəli deyil. Hamıya belə balalar arzu edirəm.
Qızlarım mənim gözəl günlərimə həmişə seviniblər. “Anamıza xoş, bizə ondan da xoş” deyirlər. Təki anamın üzü gülsün. Burda nə eyib var ki? “
Son xəbərlər
Son Xəbərlər