QMİ-nin internet televiziyası fəaliyyətə başladı

qmi-nin-internet-televiziyasi-fealiyyete-basladi
Oxunma sayı: 2362

Qafqaz Müsəlmanları İdarəsinin internet televiziyası fəaliyyətə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə QMİ məlumat yayıb. Qeyd olunub ki, İdarənin yeni layihəsi olan “114 TV” Ramazan ayının 1-ci günündən etibarən fəaliyyətə başlayıb.

QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə yeni kanala xeyir-dua verib. Qeyd edilib ki, 114 adı Ramazan ayında göndərilən Qurani-Şərifin 114 surəsi ilə bağlıdır.