“Qolu adıma yazsaydılar, əla olardı”

“Qolu adıma yazsaydılar, əla olardı”
Oxunma sayı: 987

"10 il ərzində təkcə “Qarabağ”a qol vurmamışdım, bu gün vurdum və bu, avtoqol yazıldı?"

"Qafqazinfo" xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Ruslan Qurbanov şəxsi feysbuk hesabında yazıb.

Futbolçu Ağdam klubunun qapısından keçən ilk qolun avtoqol kimi qeydə alınmasında etiraz edib: "Mənim böyük futbolda olan Ronaldo, Messi kimi oyunçuların belə məqamlarda vurduqları qolla bağlı sualım var: nə üçün həmin qollar onların adına yazılır, bizim yox? İstənilən halda, Uca Yaradana həmd olsun, amma qolu adıma yazsaydılar, əla olardı".

Qeyd edək ki, Premyer Liqanın hesabat turu çərçivəsində keçirilən qarşılaşma 2:2 hesabıyla başa çatıb. Ruslan Qurbanov sözügedən qarşılaşma cərimə zərbəsindən topu "Qarabağ"ın qapısına vurub. Bu zaman top ağdamlıların futbolçusu Hacıağa Hacılıya dəyərək qapıdan keçib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi