Qrup üçüncüsü kimi 1/8 finala adlayan ilk komanda bəlli oldu

qrup-ucuncusu-kimi-18-finala-adlayan-ilk-komanda-belli-oldu
Oxunma sayı: 2851

AVRO-2020-də qrup üçüncüsü kimi 1/8 finala yüksələn ilk komanda İsveçrə millisi olub.

“Qafqazinfo”nun məlumatına görə, bu, A, B və C qruplarında mübarizə başa çatdıqdan sonra rəsmiləşib.

A, B və C qruplarının üçüncüləri arasında ən yaxşı nəticəyə malik olan Vladimir Petkoviçin başçılıq etdiyi kollektiv “dördlük”də yerini təmin edib. Söhbət 6 üçüncü yer sahibindən mərhələ adlayan 4 ən yaxşıdan gedir.

Qeyd edək ki, İsveçrə millisi keçirdiyi üç oyundan 4 xal toplayıb.