Qurban Qurbanovun oğlu poker etdi

Qurban Qurbanovun oğlu poker etdi
Oxunma sayı: 1366

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün baş tutan 6 qarşılaşma ilə 1-ci divizionda ilk dövrəyə yekun vurulub. “Sumqayıt-2” ilə səfərdə qollu bərabərə qalan “Səbail-2” dövrəni lider bitirib.

“Zaqatala” səfərdə “Ağsu”nu 5 qolla məğlub edib. “Sabah”-2″-nin qonağı olan “Qarabağ-2” isə Musa Qurbanlının poker etdiyi matçda rəqibini darmadağın edib.

Birinci Divizion
13-cü tur
9 dekabr

MOİK – Neftçi-2 1:1
Qol: Orxan Həsənov, 53 – Vüsal Əsgərov, 43
Qırmızı vərəqə: Seymur Əliyev, 77 (“Neftçi-2”)
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Səbuhi Soltanov, Nicat İsmayıllı.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

Keşlə-2 – Qaradağ Lökbatan 3:0
Qol: Elmir Rəhimzadə, 4. Emin Quliyev, 90. Riad Abbaszadə, 90+2.
Qırmızı vərəqə: Sahil Zeynalov, 56 (“Qaradağ Lökbatan”)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu
“AZAL Arena”.

Sumqayıt-2 – Səbail-2 1:1
Qol: Elnur Cəfərov, 6 – Bahadur Həziyev, 42.
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Tural Qurbanov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança).

Turan Tovuz – Zirə-2 2:1
Qol: İlkin Sadıqov, 48-pen. Elçin Qasımov, 89 – Samir Ağayev, 55.
Qırmızı vərəqə: Raul Musayev, 90+2 (“Zirə-2”)
Hakimlər: İnqilab Məmmədov, Ruslan Quliyev, Kərim Zeynalov, Rəhim Həsənov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

Ağsu – Zaqatala 1:5
Qol: Qalib Əmrahov, 90+3 – Yusif Həsənov, 15. Famil Camalov, 42-pen; 79; 86. Elçin Əlicanov, 81.
Qırmızı vərəqə: Məhəmməd Əliyev, 39 (“Ağsu”)
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Rəşad Əhmədov
Ağsu şəhər stadionu.

Sabah-2 – Qarabağ-2 1:5
Qol: Zahid Mərdanov, 24-pen – Musa Qurbanlı, 5; 35; 57; 83. Cavid Bayramov, 71.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov
“Bank Respublika Arena” (ehtiyat meydança).


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi