Qusarda maşın kanala aşdı - 5 nəfər xəsarət aldı+Foto

qusarda-masin-kanala-asdi
Oxunma sayı: 1410

Qusarda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Renault” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb.

Nəticədə Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü E. Əsgərov, Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü A. Cəfərzadə, Ucar rayon sakini, 2004-cü il təvəllüdlü R. Hüseynov, Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü N. Məmmədov və Qusar rayon sakini, 1994-cü il təvəllüdlü N. Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov