Ramil Usubovun müavini işdən çıxarıldı

ramil-usubovun-muavini-isden-cixarildi
Oxunma sayı: 9751


Ramil Usubovun müavini vəzifəsindən azad olunub. “Qafqazinfo” "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, nazirin müavini polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib. 

Onun yerinə Nazirliyin baş kadrlar idarəsinin rəisi İsmət Əliyev təyin olunub.

Qeyd edək ki, Ə. Ələkbərov 2002-ci ildən Ramil Usubovun müavini idi.