Razi Nurullayevin görüşləri davam edir

razi-nurullayevin-gorusleri-davam-edir
Oxunma sayı: 1305

79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

"Qafqazinfo" xəbər verir ki, namizəd bu gün rayonun Hacırüstəmli və Aranlı kəndlərinin sakinləri ilə görüşüb. Razi Nurullayev çıxışında bildirib ki, platformasının ana xəttini əhalini əsas narahat edən sosial problemlər və bu problemlərdən çıxış yolları təşkil edir.

Razi Nurullayev deputatların fəaliyyətinə də toxunub. Namizəd bildrib ki, deputatın vəzifəsi xalqın arasında olmaq, onlarla tez-tez görüşmək, vətəndaşın problemlərini dinləmək, qayğılarını görmək və bunları parlament tribunasından səsləndirərək aidiyyatı yerlərə çatdırmaqdır. Razi Nurullayev onu da qeyd edib ki, deputatın vəzifəsi həmçinin problemi səsləndirməklə yanaşı, bu problemlərdən çıxış yollarını da göstərməkdir.

Razi Nurullayevin görüşləri davam edir.