“Real” azarkeşləri Arda Gülərə görə Aneçlottini tənqid etdi

real-azarkesleri-arda-gulere-gore-aneclottini-tenqid-etdi
Oxunma sayı: 3540

Madrid “Real”ının azarkeşləri sosial şəbəkələrdə Karlo Ançelottinin Arda Gülərə münasibətini tənqid ediblər.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb İtaliyalı çalışdırıcının Arda Güləri UEFA Çempionlar Liqasında “Leyptsiq”lə (1:0) keçirilən oyunda meydana buraxmaması olub.  

İspan azarkeşlər Rodriqonun yerinə Ardanın oyuna girməsini tələb edən şərhlər paylaşıblar.