“Real” Superkuboku qazandı - Video

real-superkuboku-qazandi
Oxunma sayı: 2815

Səudiyyə Ərəbistanında İspaniya Superkubokunun finalı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, həlledici qarşılaşmada Madridin iki təmsilçisi - "Atletiko" və "Real" üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələrdə "Real" qalib gəlib.

"Real" 11-ci dəfə bu titulu qazanıb.

"Real" (Madrid) – "Atletiko" (Madrid) - 0:0 (pen - 4:1)

Ciddə. "Kral Abdullah" stadionu.