“Real” və “Arsenal” üçün çətin səfər

real-ve-arsenal-ucun-cetin-sefer
Oxunma sayı: 1591

Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün son yarımfinala vəsiqə qazanan son 2 klubun adı bilinəcək.

İngiltərə təmsilçilərindən “Mançester Siti” ev, “Arsenal” səfər matçına çıxacaq. Hər iki klub birinci görüşündə məhsuldar heç-heçə edib.

"Real" səfərdə “şəhərlilər”i, “Bavariya” isə evdə “topçular”ı məğlub edərək yarımfinala yüksəlməyə çalışacaq.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

17 aprel

23:00. “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)

Baş hakim: Danni Makkelie (Niderland)

Münhen, “Allianz Arena”

İlk oyun – 2:2

23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

Mançester, “Etihad” stadionu

İlk oyun – 3:3