Rəşad Haşımov və oğlu mahnı yazdı - Video

resad-hasimov-ve-oglu-mahni-yazdi
Oxunma sayı: 2681

“Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımov və oğlu Mircamal Haşımov müğənni Mehin Hümbətova üçün mahnı ərsəyə gətirib.  

“Qafqazinfo” xəbər verir ki, “Ağlama”  adlı bəstə ötən gün ictimaiyyətə təqdim olunub. 

Mahnının ifaçısı M.Hümbətova bildirib ki, rejissor Emin Muradovla məsləhətləşərək mahnını video şəklində yayımlamaq qərarına gəlib. O, növbəti klipinin də hazır olduğunu, yaxın aylarda təqdim ediləcəyini söyləyib. 

Qeyd edək ki, sənətçi uzun müddətdir ifaçılıq sənətindən uzaqlaşsa da, aktrisalıq və aparıcılıq edirdi. M.Hümbətova hazırda da AzTV-də yayımlanan “1 AzTV” verilişinin aparıcısıdır.