Roma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib

roma-papasinda-agciyer-xercengi-askarlandi
Oxunma sayı: 1767

Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rai Radio-1” radiostansiyası məlumat yayıb.

Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. 

Mövcud məlumata görə, müdaxilə minimal invaziv olacaq və bir gün ərzində həyata keçirilə bilər. Əməliyyatdan sonra sağalma təxminən bir həftə çəkəcək. Bu səbəbdən Roma Papasının 20 oktyabr tarixinədək olan proqramı ləğv edilib.

Bununla belə, onun Latın Amerikası ölkələrinə - Uruqvaya, Argentinaya və Peruya noyabr ayının əvvəlinə planlaşdırılan səfəri qüvvədə qalır. 

Qeyd edək ki, daha əvvəl ona qoyulmuş diaqnoz haqqında danışan XIV Leo heç bir ciddi xəstəliyinin olmadığını bildirib. Onun sözlərinə görə, ağciyərdəki törəmə kiçikdir və erkən mərhələdə aşkar edilib.

***

Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatına əsasən, Papa əməliyyat olunub.

Bildirilir ki, əməliyyat uğurla keçib. Açıqlamada, “Papa palataya qayıdıb”, - deyilir.

***

Vatikan rəhbəri Papa XIV Leo ağciyərində aşkarlanan kütləyə görə uğurlu cərrahi əməliyyat keçirib. Əməliyyatdan sonra aparılan histoloji müayinə nəticəsində Papanın ağciyər xərçəngindən əziyyət çəkdiyi rəsmən təsdiqlənib.